...

Pakistan ordusu sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb

Dünya xəbərləri Materials 5 Aprel 2026 21:20 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistan Silahlı Qüvvələri Əfqanıstan qüvvələrinin sərhəd məntəqəsini ələ keçirmək cəhdinin qarşısını alıb və nəticədə 37 Əfqanıstan əsgəri həlak olub.

Trend-in məlumatına görə, bu barədə Pakistanın informasiya və yayım naziri Attaullah Tarar "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, toqquşmalar aprelin 2-dən 3-nə keçən gecə Xayber Paxtunxva vilayətinin Qulam-Xan rayonunda baş verib. 80-dən çox Əfqan əsgəri yaralanıb. A.Tarar Pakistan tərəfindən itki sayını açıqlamayıb.

Nazir bildirib ki, fevral ayının sonlarında münaqişənin şiddətlənməsindən bəri Kabildə ən azı 796 əsgər həlak olub, 1043-dən çox əsgər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti