Bakı. Trend:
Əgər Tehran Hörmüz boğazından keçən nəqliyyatı bərpa etməsə, aprelin 7-də həm İran elektrik stansiyalarına, həm də körpülərə zərbə endiriləcək.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Çərşənbə axşamı İranda həm "Elektrik Stansiyası Günü", həm də "Körpü Günü" olacaq", - deyə o bildirib.
Tramp paylaşımında İran hakimiyyətini "lənətə gəlmiş boğazı açmağa" çağırıb.
"Əks halda cəhənnəmdə yaşayacaqsınız", - deyə o bildirib.
