...

Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında (FOTO/VİDEO)

Hadisə Materials 5 Aprel 2026 15:03 (UTC +04:00)
Kəmaləddin Heydərov Badamdardakı sürüşmə zonasında (FOTO/VİDEO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti