Bakı. Trend:
Hindistanın şimalında yerləşən Himaçal-Pradeş ştatında sərnişin avtobusu dərəyə yuvarlanıb, nəticədə ölənlər var.
Trend xəbər verir ki, bu barədə “Reuters” yerli mediaya istinadən məlumat yayıb.
Bildirilir ki, qəza zamanı avtobusda ikisi uşaq olmaqla 22 nəfər sərnişin olub.
Rəsmilərin məlumatına görə, həyatını itirənlər arasında iki kişi və iki qadın var, 18 nəfər isə xilas edilərək müalicəyə cəlb olunub.