...

Almaniyada inflyasiya artıb

Dünya xəbərləri Materials 5 Aprel 2026 03:57 (UTC +04:00)
Almaniyada inflyasiya artıb

Bakı. Trend:

Yaxın Şərqdəki qarşıdurma və enerji qiymətlərinin bahalaşması fonunda Almaniyada istehlak qiymətləri də artıb.

Trend xəbər verir ki, bu barədə Almaniya Statistika Ofisi məlumat yayıb. Qeyd olunur ki, martda inflyasiya 2,7 faiz olub. Halbuki fevralda göstərici 1,9 faiz idi.

Günün sonunda avrozonada ümumi inflyasiya göstəricis elan ediləcək. Ehtimal olunur ki, vahid valyuta məkanında inflyasiya 2024-cü ilin iyulundan sonra ən yüksək səviyyədə - 2,6 faiz olacaq.

Xəbər lenti

Xəbər lenti