...

Braziliya millisinin sabiq üzvü 34 yaşında karyerasını başa vurdu

İdman Materials 5 Aprel 2026 01:14 (UTC +04:00)

Bakı. Trend:

Braziliyalı futbolçu Oskar gələcəyi ilə bağlı qərarını verib.

Trend xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi peşəkar karyerasını başa vurub. Bu barədə oyunçu özü məlumat verib.

Təcrübəli futbolçu ürəyində olan problemə görə futbolla vidalaşıb.

Qeyd edək ki, Oskan karyerası ərzində "San Paulo", "Çelsi", "İnternasyonal" və "Şanxay Port"un formasını geyinib. O, Braziliya millisinin heyətində meydana çıxdığı 48 rəsmi matçda 12 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti