...

İraqda neft anbarına dron ilə hücum həyata keçirilib

Dünya xəbərləri Materials 5 Aprel 2026 02:28 (UTC +04:00)

Bakı. Trend:

İraqın İranla həmsərhəd olan Maysan əyalətində yerləşən “Buzurqan” yatağında neft anbarına dron hücumu olub.

Trend xəbər verir ki, bu barədə İraq Neft Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücum bir neçə dronun iştirakı ilə həyata keçirilib. İlkin məlumatlara görə, hücum nəticəsində insan tələfatı olmayıb.

Nazirlik neft anbarına dəyən ziyan barədə açıqlama verməyib.

Xəbər lenti

Xəbər lenti