Bakı. Trend:
ABŞ-nin Luiziana ştatında avtomobil izdihama çırpılıb.
Trend xəbər verir ki, hadisə Laos Yeni ili ilə bağlı təşkil olunan festival zamanı baş verib. İnsident nəticəsində 15 nəfər yaralanıb. Onlardan13-ü xəstəxanaya yerləşdirilib.
Xoşagəlməz hadisə səbəbindən planlaşdırılan tədbirlər ləğv edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun avtomobili hansı səbəbdən izdihamın üzərinə sürdüyü hələ məlum deyil.