...

İsfahan vilayətində ABŞ-yə məxsus təyyarə və helikopterlər vurulub – İranın Silahlı Qüvvələri (VİDEO)

Dünya xəbərləri Materials 5 Aprel 2026 11:52 (UTC +04:00)
İsfahan vilayətində ABŞ-yə məxsus təyyarə və helikopterlər vurulub – İranın Silahlı Qüvvələri (VİDEO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-yə məxsus F15 qırıcı təyyarəsinin pilotunun xilas edilməsi istiqamətində İsfahan vilayəti səmasında 2 ədəd “Black Hawk” və 1 ədəd “C130” hərbi nəqliyyat təyyarəsi vurulub.

Trend-in məlumatına görə, bununla əlaqədar İran Silahlı Qüvvələrinin Xatəmul-Ənbiya Qərargahı məlumat yayıb.

Məlumata görə, ABŞ-nin hərbi əməliyyatına qarşı İran birgə əməliyyat hazırlayıb. Əməliyyatda aeronavtika, quru, könüllü qüvvələr, bəsic və polis əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti