...

İran bəzi gəmilərin Hörmüz boğazından keçidinə icazə verib

Dünya xəbərləri Materials 4 Aprel 2026 14:59 (UTC +04:00)
İran bəzi gəmilərin Hörmüz boğazından keçidinə icazə verib
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Oman körfəzindən və ya İran limanları istiqamətində hərəkət edən və humanitar yardımlar və zəruri məhsulları daşıyan gəmilərin keçidinə icazə verib.

Trend-in məlumatına görə, bu İranın Kənd Təsərrüfatı Nazirliyinin Ticarət inkişafı departamentinin rəhbəri Humən Fəthinin İranın Limanlar və Dənizçilik Təşkilatına ünvanladığı məktubda öz əksini tapıb.

Məktubda bildirilir ki, sözügedən məsələ ilə əlaqədar İran hökuməti və Silahlı Qüvvələr öz razılıqlarını elan edib.

Məktubda Oman körfəzində olan və yaxudn İrana doğru hərəkət edən gəmilərin protokollar əsasında keçidi üçün lazımi öhdəliklərin yerinə yetirilməsi və hansı gəmilərin boğazından keçəcəyi qeyd olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti