Bakı. Trend:
Bu həftə "Azeri Light CIF", "Urals" və "Dated Brent", "Azeri Light FOB Ceyhan" markalı neftin orta qiymətləri artıb.
Trend-in məlumatına görə, Azərbaycanda “Azəri-Çıraq-Günəşli” yatağında hasil olunan “Azeri Light CIF” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 14.96 ABŞ dolları və ya 12.6% artaraq 133.21 ABŞ dollarına çatıb.
Məlumata görə, sözügedən markalı xam neftin həftə ərzində maksimum qiyməti bir barel üçün 141.68 ABŞ dolları, minimum qiyməti isə 128.05 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə “Azeri Light” markalı neftin orta qiyməti bir barel üçün 126.46 ABŞ dolları təşkil edib ki, bu da keçən həftə ilə müqayisədə 14.37 ABŞ dolları və ya 12.8% çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 135.15 ABŞ dolları, ən aşağı qiymət isə 121.05 ABŞ dolları olub.
“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 16.22 ABŞ dolları və ya 19.3% artaraq artaraq, bir barel üçün 100.39 ABŞ dolları olub. Həftə ərzində maksimal qiymət 110.04 ABŞ dolları, ən aşağı qiymət isə 95.10 ABŞ dolları olub.
“Dated Brent” markalı neftin orta qiyməti 130.14 ABŞ dolları olub ki, bu da keçən həftə ilə müqayisədə 16.39 ABŞ dolları və ya 14.4% artım deməkdir. Həftə ərzində maksimal qiymət bir barel üçün 141.37 ABŞ dolları, minimal qiymət isə 123.49 ABŞ dolları olub.
|
Neft/Qiymət |
31.04.2026 |
01.04.2026 |
02.04.2026 |
03.04.2026 |
04.04.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$128.05 |
$132.35 |
$130.79 |
$141.68 |
- |
$133.21 |
|
Azeri Light FOB Ceyhan |
$121.05 |
$125.55 |
$124.08 |
$135.15 |
- |
$126.46 |
|
Urals (EX NOVO) |
$95.10 |
$98.56 |
$97.85 |
$110.04 |
- |
$100.39 |
|
Dated Brent |
$123.49 |
$127.24 |
$128.46 |
$141.37 |
- |
$130.14 |
Qeyd edək ki, Böyük Britaniyada bayram olduğundan bu gündən aprelin 6-dək birja işləmir. Ona görə də sonuncu günə dair göstərici açıqlanmayıb.
