...

Ev təsərrüfatlarına kredit qoyuluşu 19 milyard manatı ötüb

İqtisadiyyat Materials 4 Aprel 2026 17:43 (UTC +04:00)
Ev təsərrüfatlarına kredit qoyuluşu 19 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi 19,197 milyard manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 81,9 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,013 milyard manat və ya 11,7% çoxdur.

Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti