...

ABŞ-də benzinin qiyməti son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib

Dünya xəbərləri Materials 5 Aprel 2026 00:36 (UTC +04:00)
ABŞ-də benzinin qiyməti son dörd ilin ən yüksək səviyyəsinə yüksəlib

Bakı. Trend:

ABŞ-də benzinin orta qiyməti bir qallon (təxminən 3,8 litr) üçün 4,1 dolları ötərək tarixdə ikinci ən yüksək göstəriciyə çatıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Avtomobil Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, son 24 saat ərzində benzin daha 2 sent bahalaşaraq 4,104 dollara, dizelin qiyməti isə 5,58 dollara yüksəlib. Kaliforniyada isə benzin orta hesabla 5,9 dollara satılır.

Hazırda təxminən 20 ştatda qiymət 4 dollardan yuxarıdır. ABŞ tarixində yalnız bir dəfə – 2022-ci ilin mayında bütün ştatlarda bu hədd aşılmış, daha sonra iyun ayında qiymətlər 5 dolları keçərək rekord səviyyəyə çatmışdı.

2008-ci ilin iyulunda neftin kəskin bahalaşması fonunda benzin qiyməti 4,1 dolları bir qədər keçmişdi. Cari göstərici həmin səviyyəni geridə qoyaraq tarixdə ikinci ən yüksək qiymət kimi qeydə alınıb.

Benzin qiymətlərində artım Yaxın Şərqdəki gərginlik səbəbindən bir çox ölkələrdə müşahidə olunur. Münaqişənin şiddətlənməsi nəticəsində Hörmüz boğazı vasitəsilə gəmi daşımaları demək olar ki, dayanıb. Halbuki bu marşrut dünya üzrə neft, neft məhsulları və mayeləşdirilmiş qaz tədarükünün təxminən 20 faizini təşkil edir.

Xəbər lenti

Xəbər lenti