Bakı. Trend:
Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.
Trend-in məlumatına görə, yarışın sonuncu günündə Azərbaycan təmsilçisi Fidan Qurbanlı top proqramında gümüş, Gövhər İbrahimova isə halqa ilə hərəkətlərdə bürünc medal qazanıb.
Daha əvvəl Azadə Atakişiyeva lent proqramında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həmçinin topla hərəkətlərin icrasında ikinci olub.
Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.
15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.
