Bakı. Trend:
Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində yerləşən, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan qəzalı və istismara yararsız təxliyə xətti Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən aşkar edilərək təmir olunub.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-ə bildirilib ki, aparılmış bərpa işləri çərçivəsində xəttin 18 metrlik hissəsi yenilənib və istifadəyə yararlı vəziyyətə gətirilib.
Görülmüş tədbirlər nəticəsində əraziyə yığılan yağış sularının nasos vasitəsilə sözügedən xəttə yönəldilərək kənarlaşdırılması təmin ediləcək.
