...

Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu baş verib, hərəkət məhdudlaşdırılıb (VİDEO)

Hadisə Materials 5 Aprel 2026 16:44 (UTC +04:00)
Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu baş verib, hərəkət məhdudlaşdırılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınmışdır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülmüşdür. Hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılmışdır. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılmışdır.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti