Bakı. Trend:
İntensiv yağan yağışlar nəticəsində Sabunçu rayonunun Bakıxanov, Bilgəh, Zabrat, Sabunçu, Maştağa, Kürdəxanı və Ramana qəsəbələrində ümumilikdə 34 ünvanda yağış sularının yığılması müşahidə olunub.
Trend-in məlumatına görə, yağışın fəsadlarının aradan qaldırılması məqsədilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin ünvanlara müxtəlif növ texnikalar, yüksək təzyiqli su motorları və suçəkən maşınlar cəlb olunub.