...

FHN bəzi çaylarda sel hadisəsi ilə bağlı əhaliyə müraciət edib

Gündəm Materials 5 Aprel 2026 20:20 (UTC +04:00)
FHN bəzi çaylarda sel hadisəsi ilə bağlı əhaliyə müraciət edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ölkədə davam edən yağmurlu hava şəraiti ilə əlaqədar bəzi dağ çaylarında sel hadisəsi müşahidə olunur və belə hava şəraitinin bir sıra rayonlarda aprelin 7-nə kimi davam edəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı Nazirlik əhaliyə təkrar müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır.

"Belə ki, sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmaq, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl etmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!" - deyə bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti