...

"Sumqayıt" öz meydanında "Neftçi"yə uduzub - Misli Premyer Liqası

İdman Materials 5 Aprel 2026 20:35 (UTC +04:00)
"Sumqayıt" öz meydanında "Neftçi"yə uduzub - Misli Premyer Liqası

Bakı. Trend:

Futbol üzrə Misli Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

Trend-in məlumatına görə, günün ikinci matçı Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə “Neftçi” arasında reallaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın qollarına Freddi Varqas, İfeanyi Metyu və Vensan Abubakar imza atıblar. Meydan sahiblərində isə Nikola Ninkoviç fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 40-a çatdıran “Neftçi” 5-ci, “gənclik şəhəri” təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.

Günün ilk matçında “Qəbələ” “Kəpəz”i 2 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti