...

Hakan Fidan Dəməşqdə Suriya və Ukrayna prezidentləri ilə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 5 Aprel 2026 20:01 (UTC +04:00)
Hakan Fidan Dəməşqdə Suriya və Ukrayna prezidentləri ilə danışıqlar aparacaq

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan aprelin 5-də işgüzar səfərlə Dəməşqə gəlib.

Trend-in məlumatına görə, bu barədə "TRT Haber" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, burada nazir ikitərəfli danışıqlarda, eləcə də Suriya prezidenti Əhməd əl-Şara və Ukrayna prezidenti Volodomir Zelenski ilə görüşdə iştirak edəcək.

Türkiyə Xarici İşlər Nazirliyi Fidanın Suriyaya səfəri barədə məlumat versə də, Zelenski ilə danışıqları barədə ətraflı məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti