...

Aralıq dənizində miqrantları daşıyan qayıq aşıb

Dünya xəbərləri Materials 6 Aprel 2026 04:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Aralıq dənizinin mərkəzi hissəsində miqrantları daşıyan qayığın aşması nəticəsində azı iki nəfər həlak olub, 70-dən çox şəxs itkin düşüb.

Trend xəbər verir ki, bu barədə “Mediterranea Saving Humans” və “Sea-Watch” qeyri-hökumət təşkilatları məlumat yayıb.

“Mediterranea Saving Humans” təşkilatının bildirdiyinə görə, şənbə günü günortadan sonra Liviyadan yola düşən və göyərtəsində qadın və uşaqlar da daxil olmaqla 105 nəfərin olduğu qayıq batıb. Nəticədə 70-dən çox şəxs itkin düşüb.

Axtarışlar zamanı iki nəfərin meyiti sudan çıxarılıb, 32 nəfər isə xilas edilib. Hadisə Liviyanın nəzarətində olan axtarış-xilasetmə zonasında baş verib.

“Sea-Watch” təşkilatının məlumatına görə, sağ qalanlar iki ticarət gəmisi tərəfindən xilas edilərək bazar günü səhər saatlarında İtaliyanın Lampeduza adasına çatdırılıb.

Təşkilatın “X” platformasında paylaşdığı videoda, ehtimal ki, “Sea Bird 2” müşahidə təyyarəsi tərəfindən lentə alınmış kadrlarda insanların aşmış qayığın gövdəsindən yapışaraq açıq dənizdə sürükləndiyi, daha sonra isə ticarət gəmisinin onlara yaxınlaşdığı əks olunub.

Xəbər lenti

Xəbər lenti