...

Nigeriyanın cənub-şərqində kəndə hücum baş verib

Dünya xəbərləri Materials 5 Aprel 2026 22:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın cənub-şərqində naməlum silahlı şəxslər bir kəndə hücum edərək ən azı 17 mülki şəxsi qətlə yetiriblər.

Trend xəbər verir ki, bu barədə "Daily Post" qəzeti məlumat yayıb.

İlkin məlumatlara görə, hücum Benue ştatının Mbalom kəndində baş verib. Hücuma məruz qalan şəxslərin yaşayış binaları yandırılıb, bir neçə sakin isə itkin düşüb.

Nigeriya son 20 ildə əsasən şimal və şimal-şərqdə, hazırda isə cənub-şərqdə terrorizm və silahlı hücumlarla mübarizə aparır.

Xəbər lenti

Xəbər lenti