...

Pakistanın Xayber Paxtunxva əyalətində güclü yağışlar nəticəsində azı 45 nəfər ölüb

Dünya xəbərləri Materials 5 Aprel 2026 22:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətində 25 martdan bəri davam edən güclü yağışlar və əlaqəli hadisələr nəticəsində ən azı 45 nəfər ölüb, 105 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Vilayət fövqəladə halların idarə olunması agentliyinin məlumatına görə, sakinlər əsasən sel sularının yuyub apardığı binaların uçmasından təsirləniblər. Ümumilikdə 442 evə ziyan dəyib, onlardan 60-ı tamamilə dağılıb.

Departament 6-9 aprel tarixlərində yenidən güclü yağış olacağı barədə xəbərdarlıq edib və sakinlərə təcili ehtiyac olmadığı halda təbii fəlakətlərə ən çox məruz qalan ərazilərə getməməyi tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti