Bakı. Trend:
Dağıstanda güclü yağışlardan sonra daşan su nəticəsində Qejux su anbarının bəndi partlayıb.
Trend xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik bildirib ki, "Güclü yağışlar nəticəsində su anbarı daşıb və torpaq bənddə yarıq yaranıb. Hadisə yerinə əlavə qüvvələr və vasitələr göndərilib".
Rusiya Fövqəladə Hallar Nazirliyinin Dağıstan Respublikası üzrə Baş İdarəsinin 40 nəfərlik heyəti və beş texnikadan ibarət aeromobil qrupu hadisə yerinə cəlb olunub. İki kənd su altında qalıb.
