Bakı. Trend:
Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda derbi matçı keçirilib.
Trend xəbər verir ki, “Fənərbağça” evdə “Beşiktaş”ı qəbul edib və minimal hesablı qələbə qazanıb – 1:0.
Yeganə qola Kərəm Aktürkoğlu imza atıb, o, 90+11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
Bu nəticədən sonra “Fənərbağça” xallarını 63-ə çatdıraraq 2-ci, “Beşiktaş” isə 52 xalla 4-cü sırada qərarlaşıb.
