Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir.
Trend xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, həmçinin Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülür. Eyni zamanda, suçəkmə işləri aparılır və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilir.
