Bakı. Trend:
“OPEC+” ölkələri may ayından etibarən neft hasilatını gündəlik 206 min barel artırmaq barədə razılığa gəlib.
Trend xəbər verir ki, qərar alyansın əsas iştirakçıları – Səudiyyə Ərəbistanı, Rusiya, İraq, BƏƏ, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman arasında keçirilən virtual iclas zamanı qəbul olunub.
Görüşdə qlobal enerji bazarındakı mövcud vəziyyət və gələcək proqnozlar müzakirə edilib. Bildirilir ki, qərar ABŞ-İsrail-İran gərginliyi fonunda qəbul olunub və bu qarşıdurmanın xam neft tədarükünə mümkün təsirləri nəzərə alınıb.
OPEC tərəfindən yayılan bəyanatda qeyd olunub ki, alyansa üzv ölkələr enerji axınlarının fasiləsiz davam etməsi üçün beynəlxalq dəniz nəqliyyatı marşrutlarının qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
