...

FIGC Maldini və Del Pyeronu milli futbol layihəsinə cəlb edir

İdman Materials 6 Aprel 2026 05:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İtaliya Futbol Federasiyası (FIGC) milli futbolu yenidən dirçəltmək layihəsi çərçivəsində Paolo Maldini və Alessandro Del Pyero ilə danışıqlara başlayıb.

Trend xəbər verir ki, “Milan”ın əfsanəvi kapitanı Paolo Maldini federasiyada vəzifə almağa hazır olduğunu bildirib.

Lakin onun əsas şərti simvolik rol deyil, layihədə birbaşa qərarverici və əməliyyat rəhbəri səlahiyyətlərinə malik olmaqdır.

Digər bir əfsanə Alessandro Del Pyeronun da iyun ayından etibarən federasiyada mühüm vəzifəyə gətirilməsi gündəmdədir. Onun beynəlxalq təcrübəsindən və nüfuzundan maksimum yararlanmaq planlaşdırılır.

FIGC rəhbərliyi artıq hər iki ulduzla ilkin təmaslara başlayıb. Məqsəd İtaliya futbolunun DNT-sini yaxşı bilən bu şəxslərin rəhbərliyi ilə yeni idman strategiyası formalaşdırmaqdır.

Xəbər lenti

Xəbər lenti