...

Qazaxıstanda “Şoptıkol” bəndi yarılıb

Dünya xəbərləri Materials 6 Aprel 2026 03:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstanın şimalındakı Akmola vilayətində “Şoptıkol” bəndi yarılıb.

Trend xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hidrotexniki qurğu Qorğaljın rayonunun Sabındı kəndindən 2 kilometr şimalda yerləşir və hazırda ərazidə bərpa işləri aparılır. Hadisə yerində suyun təhlükəsiz şəkildə buraxılması üçün operativ tədbirlər görülür.

Fəsadların aradan qaldırılmasına FHN-in, yerli icra hakimiyyəti orqanlarının, rayon polis şöbəsinin, eləcə də yol xidmətlərinin qüvvə və vasitələri cəlb olunub. Ümumilikdə 170-ə yaxın şəxsi heyət və 43 texnika işlərə səfərbər edilib.

Qurumdan bildirilib ki, bəndin möhkəmləndirilməsi, lazımi materialların tökülməsi və suyun kənarlaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Xəbər lenti

Xəbər lenti