...

Nigeriyanın neft ehtiyatları azalıb

Dünya xəbərləri Materials 6 Aprel 2026 06:58 (UTC +04:00)
Nigeriyanın neft ehtiyatları azalıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nigeriyanın neft ehtiyatları son bir ildə 37,5 milyard bareldən 37,1 milyard barelə düşüb.

Trend xəbər verir ki, bu barədə ölkənin “Channels” televiziya kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, neft ehtiyatlarının azalması əlverişli bazar şəraiti və qlobal qiymətlərin artması fonunda hasilat templərinin yüksəlməsi ilə bağlıdır. Mövcud ehtiyatların 59 illik istehsal üçün kifayət etdiyi bildirilir.

Eyni zamanda, Nigeriyanın qaz ehtiyatları artaraq 5,96 trilyon kubmetrdən 6,08 trilyon kubmetrə yüksəlib və bu həcmin 85 il üçün kifayət edəcəyi qeyd olunub.

Bundan əlavə, ölkədə neft hasilatı 2026-cı ilin fevralında gündəlik 1,34 milyon bareldən aprel ayında 1,84 milyon barelə qədər artıb.

Xəbər lenti

Xəbər lenti