Bakı. Trend:
Qazaxıstanın Karaqanda vilayətinin Karkarali rayonunda, Besoba kəndindən 15 km aralıda avtobus aşıb.
Trend xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə zamanı avtobusda 50 nəfər olub. Təcili yardım xidmətləri dərhal hadisə yerinə gəlib və yaralılara yardım göstərməyə başlayıb.
Fövqəladə Hallar Nazirliyinin "Kazaviaspas" təyyarəsi üç yaralını Karaqandadakı tibb müəssisələrinə aparıb. Nazirliyin avtomobili və Fəlakət Tibbi Mərkəzinin paramediklərinin müşayiəti ilə 30 nəfər Botakara kəndindəki xəstəxanaya çatdırılıb. Yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə Fövqəladə Hallar Nazirliyinin nəzarəti altındadır.
