...

Keşlədə subasma ərazilərindən indiyədək təxliyə edilənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 6 Aprel 2026 12:22 (UTC +04:00)
Keşlədə subasma ərazilərindən indiyədək təxliyə edilənlərin sayı açıqlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Keşlə qəsəbəsi ərazisindən 97 sakin təhlükəsiz yerə təxliyə olunub.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqələr idarəsinin əməkdaşı Pərviz Aslanov deyib.

FHN əməkdaşı qeyd edib ki, gecə saatlarında da FHN qüvvələri fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib:

“Bu saata olan məlumata əsasən, 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda ərazidən suyun çəkilərək kənarlaşdırılması FHN qüvvələri tərəfindən davam etdirilir”.

Qeyd edək ki, paytaxtın Nizami rayonu Keşlə qəsəbəsi ərazisində kollektorunda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə FHN-nin müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti