...

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 6 Aprel 2026 11:00 (UTC +04:00)
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB) (FOTO)
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tbilisi. Trend:

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.

Trend-in xüsusi müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti