Bakı. Trend:
Hindistanın ən sıx əhalisi olan Uttar Pradeşdə gecə saatlarında keçirilən yarmarkada təxminən 18 metr hündürlüyündə Şeytan Çarxı attraksionunun aşması nəticəsində azı 30 nəfər yaralanıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir. .
Məlumata görə, hadisə Kuşinaqar rayonunun Bhainsaha kəndində baş verib. Yarmarka iştirakçılarından birinin çəkdiyi videoda onlarla insanın, o cümlədən qadın və uşaqların olduğu attraksionun qəfil bir tərəfə əyildiyi və daha sonra yerə çırpıldığı anlar əks olunub. Qurğu dağılan zaman bəzi sərnişinlərin hələ də kabinələrdə oturduğu görünür.
Qeyd edilir ki, ən azı 10 nəfərin vəziyyəti ağırdır, digərləri isə yüngül xəsarətlər alıblar.
