...

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər

Siyasət Materials 6 Aprel 2026 10:35 (UTC +04:00)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tbilisi. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət ediblər.

Trend xəbər verir ki, Qəhrəmanlar Memorialında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı Memorialın önünə əklil qoydu.

Sonra Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirildi.

Xəbər yenilənəcək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti