...

Avropa Komissiyası Aİ ölkələrinə xəbərdarlıq edib

Dünya xəbərləri Materials 6 Aprel 2026 10:44 (UTC +04:00)
Avropa Komissiyası Aİ ölkələrinə xəbərdarlıq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Enerji daşıyıcılarının yüksək qiymətləri fonunda iqtisadiyyata dəstək məqsədilə həddindən artıq xərclər büdcə böhranına gətirib çıxara bilər.

Trend “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası Aİ-yə üzv ölkələri xəbərdarlıq edib.

Aİ ölkələrində yanacaq qiymətlərinin yüksək olması ilə mübarizə məqsədilə müxtəlif tədbirlər təklif olunur və ya artıq tətbiq edilir. Bunlara, xüsusilə, elektrik enerjisinə subsidiyalar, vergilərin və aksizlərin azaldılması, qiymət tavanının tətbiqi daxildir.

Qəzetin öz mənbələrinə istinadən yazdığına görə, Avropa Komissiyası milli paytaxtları xəbərdar edib ki, bu cür tədbirlər həcminə və tətbiq müddətinə görə məhdud olmalıdır. Brüssel ehtiyat edir ki, həddindən artıq səxavətli dəstək tədbirləri yüksək inflyasiyaya və büdcə kəsirinin kəskin artımına səbəb ola bilər.

“Bu, Avropa Komissiyasının ümumi vəzifəsidir. İqtisadiyyatın bir sektorunda baş verənlər bütün cəmiyyətə təsir göstərə bilər”, – Enerji məsələləri üzrə avrokomissar Dan Yorgensen qəzetə bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası üzv dövlətlərin hökumətlərinə mövcud fiskal çərçivədən kənara çıxmadan istifadə etmək istədikləri siyasət alətlərinin hazırlanması üçün texniki məsləhətlər verir və yardım göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti