Bakı.Trend:
Aprelin 6-sı saat 9:00 olan faktiki hava açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, aprelin 6-sı
saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava
şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq
ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1metr 24
sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.
Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının
miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil
edir.
Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94
(aylıq normanın 311%-i), Qubada 83 (aylıq normanın 174%-i),
Xaltanda 74 (aylıq normanın 109%-i), Xızıda 69 (aylıq normanın
95%-i), Qusarda 69 (aylıq normanın 144%-i), Şabranda 63 (aylıq
normanın 209%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22,
Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən,
Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı,
Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam,
Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4,
Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan,
Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan,
Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1
mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti
Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə
18 m/s-dək güclənir.
Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron
yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə
7-si axşamadək davam edəcəyi gözlənilir.
