Bakıda ağac aşdı (YENİLƏNİB)

Hadisə Materials 6 Aprel 2026 11:14 (UTC +04:00)
Bakıda ağac aşdı (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın Nizami rayonu Bəkir Çobanzadə küçəsində ağac avtomobilin üzərinə aşıb.

Trend-in məlumatına görə, ağacın aşması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.

Ağacın altında qalan “VAZ-2107” markalı maşına ziyan dəyib.

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə verilən məlumata görə, aprelin 6-sı saat 10:00-a 27 müraciət daxil olub, onlardan 23-ü ağacların sınması, 4-ü isə qırılmış budaqlarla bağlıdır. Budaqların qırılması ilə bağlı bütün müraciətlər icra edilib. Ağacların sınması ilə bağlı müraciətlərdən isə 19-u icra olunub. Yaxın saatlarda digər 4 ağacla bağlı müraciətə dair bütün işlər görüləcək.

11:13

xxx

Paytaxtın Xətai rayonu Neapol küçəsində ağacın aşması nəticəsində nəqliyyatın hərəkəti dayanıb.

Trend-in məlumatına görə, ağacın uzunluğu 18-20 metr, diametri 45-50 santimetr olub.

Köməkçi yolda ağacın aşması nəticəsində yol müvəqqəti olaraq bağlanıb.

Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları operativ şəkildə hadisə yerinə yollanıblar.

Görülən təxirəsalınmaz işlər nəticəsində qırılmış ağac yoldan götürülüb, nəqliyyatın hərəkəti bərpa olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti