...

Sabunçuda yol qəzası: ölən var

Hadisə Materials 6 Aprel 2026 09:19 (UTC +04:00)
Sabunçuda yol qəzası: ölən var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə aprelin 5-də Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

Belə ki, Ələkbərov Hacıağa Teyyub oğlunun idarə etdiyi “Ford Transit” markalı avtomobil Zabrat qəsəbəsindən Kürdəxanı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Kərimov Zülfi Heybət oğlunu vurub.

Nəticədə piyada hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti