...

Azərbaycanda doğum müavinəti alanların sayı azalıb

Cəmiyyət Materials 6 Aprel 2026 11:20 (UTC +04:00)
Azərbaycanda doğum müavinəti alanların sayı azalıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib.

Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Məlumata görə, müavinət ödənişləri 9 265 nəfər qız, 10 767 nəfər oğlan uşağına görə aparılıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları ərzində isə Fond tərəfindən 21 723 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.

Müavinət ödənişləri 10 100 nəfər qız, 11 623 nəfər oğlan uşağına görə aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti