...

Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb - RƏSMİ (YENİLƏNİB)

Gündəm Materials 6 Aprel 2026 13:23 (UTC +04:00)
Bəzi sürüşmə sahələrində aktivlik qeydə alınıb - RƏSMİ (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Son günlər yağan intensiv yağıntılar nəticəsində Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində və Bibiheybətdəki mövcud sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Trend xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

O qeyd edib ki, Operativ Monitorinq Qrupu sürüşmə zonalarında müşahidələr aparır. Hazırda aidiyyəti qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

xxx

12:38

Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı hərəkət qismən məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, aramsız yağan yağışlar nəticəsində Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə torpaq sürüşməsi təhlükəsi yaranıb.

Yaranmış vəziyyət nəzərə alınaraq, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb

Sürücülərdən alternativ olaraq "20-ci sahə" adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şossesindən istifadə etmələri xahiş olunur.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti