Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq evləri su basıb, vətəndaşların təhlükəsiz əraziyə təxliyəsi həyata keçirilib.
Trend-in hadisə yerində olan müxbiri xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri hazırda sözügedən ərazidə zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirirlər.
Belə ki, hazırda ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi, o cümlədən suçəkmə işləri davam etdirilir.
Həmçinin fövqəladə hallar naziri Kəmaləddin Heydərov əraziyə gəlib, yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub, aidiyyəti üzrə tapşırıqlar verib.
Hadisə yerindən foto və video təqdim edirik:
