...

Zaqatalada uşaq bağçasının sabiq müdiri rüşvətdə ittiham olunur

Cəmiyyət Materials 6 Aprel 2026 12:50 (UTC +04:00)
Zaqatalada uşaq bağçasının sabiq müdiri rüşvətdə ittiham olunur
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Bu barədə Trend-ə Zaqatala rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti