Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında “AzerGold” QSC 30,9 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün mart sayına istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon ABŞ dolları və ya 41,7% çoxdur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “AzerGold” QSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "SOCAR POLYMER" MMC,"AZƏRALÜMİNİUM" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq Və İqtisadi Əməliyyatlar" İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,Azərbaycan Respublikasi Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Socar Cape" MMC,"Sənayecihaz" EİM,"İstisu" Mineral Su Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Qaradağ Şüşə Zavodu" ASC.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,7% artaraq 580,7 milyon ABŞ dolları təşkil edib. 2026-cı ilin yanvar-fevral ayında yeyinti məhsulları üzrə ixrac 30,5% artaraq 200,6 milyon ABŞ dollarına bərabər olub.
