Bakı. Trend:
İspaniyanın hüquq-mühafizə orqanları Fransa gömrükçülərinin dəstəyi ilə mütəşəkkil cinayət qruplaşmasını zərərsizləşdirərək Avropada “ən böyük saxta ətir fabriki”ni aşkarlayıb və onun fəaliyyətini dayandırıb.
Trend xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, İspaniya və Fransa gömrük orqanlarının birgə əməliyyatı nəticəsində ümumi dəyəri 94 milyon avrodan çox olan məhsul müsadirə edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, cinayətkar təşkilata üzvlük, qaçaqmalçılıq və patent hüquqlarının pozulmasında şübhəli bilinən yeddi nəfər saxlanılıb. Eyni zamanda, ümumilikdə 1,2 milyon flakon saxta ətirin saxlanıldığı iki anbar da müsadirə olunub.
