...

Xabi Alonso “Marsel”ə baş məşqçi olmaqdan imtina etdi

İdman Materials 18 Fevral 2026 05:43 (UTC +04:00)
Xabi Alonso “Marsel”ə baş məşqçi olmaqdan imtina etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyalı mütəxəssis Xabi Alonso Fransanın Marsel klubunu çalışdırmaq təklifini rədd edib.

Trend xəbər verir ki, “Marsel” klubdan ayrılan Roberto De Dzerbinin istefasından sonra Alonso ilə əlaqə saxlayıb.

Lakin mütəxəssis təklifi qəbul etməyib. Klubdakı qeyri-sabit vəziyyət onun qərarına təsir göstərib.

Hazırda “Marsel” Fransa çempionatının Liqa 1 turnir cədvəlində 22 oyundan sonra topladığı 40 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 44 yaşlı mütəxəssis daha əvvəl Real Sosyedad B və Bayer klublarını da çalışdırıb. O, “Bayer”lə Almaniya çempionluğunu, Almaniya Kubokunu və Superkubokunu qazanıb. Alonso təyinatından altı ay sonra, yanvarın 12-də Real Madridin baş məşqçisi vəzifəsindən ayrılıb.

Xəbər lenti

Xəbər lenti