...

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə həyəcan siqnalı göndərib

Dünya xəbərləri Materials 17 Fevral 2026 17:07 (UTC +04:00)
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə həyəcan siqnalı göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus radioloji nəzarət təyyarəsi həyəcan siqnalı ötürüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Boeing WC-135R Constant Phoenix” Norveç hava məkanında tapşırıqları yerinə yetirdikdən sonra göyərtədə qəza və ya fövqəladə vəziyyət anlamına gələn “7700” kodunu verib.

Boeing “WC-135R Constant Phoenix” radiotexniki təminat təyyarəsidir və nüvə silahlarının sınaqları nəticəsində yaranan çirklənmələrin aşkarlanması və identifikasiyası üçün nəzərdə tutulub.

Amerika təyyarəsi Böyük Britaniyada yerləşən “RAF Mildenhall” aviabazasından havaya qalxaraq Şimal dənizi üzərindən Norveç istiqamətində hərəkət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti