...

Professor “Ana dili” olimpiadalarının keçirilməsini təklif etdi

Cəmiyyət Materials 18 Fevral 2026 12:12 (UTC +04:00)
Professor “Ana dili” olimpiadalarının keçirilməsini təklif etdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

"Reklamlarda Azərbaycan dilinin qayda və normalarına uyğun olmayan saysız nümunələr gətirmək olar. Anlaşılandır ki, reklamların mətnləri öncədən göndərilir və redaktə etmək çətindir. Amma bəzi reklamlardakı fikirlər çox absurd səslənir. Bunlardan biri də şadlıq saraylarının reklamlarıdır".

Trend xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının professoru, Azərbaycan Mətbuat Şurasının Dil Komissiyasının üzvü, professor Qulu Məhərrəmli “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda deyib.

Q.Məhərrəmli təklif edib ki, ölkəmizdə dilçilik olimpiadaları keçirilməlidir və adı “Ana dili” olimpiadaları olmalıdır.

Onun sözlərinə görə, Dilçilik İnstitunun “Ana dili” mükafatı da təsis edilməlidir və bu mükafat media nümayənlərinə təqdim edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti