...

Ötən ay 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

İqtisadiyyat Materials 17 Fevral 2026 18:47 (UTC +04:00)
Ötən ay 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda ümumilikdə 30.823 müraciət üzrə 48.681 “Asan İmza” sertifikatı verilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Eyni zamanda bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 62.331 müraciət qəbul edilib. Həmin müraciətlər üzrə 106.239 sayda xidmət göstərilib.

Xidmət mərkəzlərində ən çox göstərilən əməliyyat xarakterli müraciətlər aşağıdakılar olub və ümumi xidmətlərin sayında xüsusi çəkisi 59,7% təşkil edib.

Qeyd edilib ki, yanvar ayı ərzində vergi ödəyicilərinin 2,9 minə yaxın yazılı müraciəti cavablandırılıb, onlara 6,4 milyondan çox məlumatlandırma xarakterli müxtəlif növ bildiriş göndərilib. Həmin dövr ərzində 691 vergi ödəyicisinin iştirakı ilə 40 görüş keçirilib, 494 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib. Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 243 mindən artıq SMS göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti