...

Anasını öldürən şəxsə hökm oxundu

Cəmiyyət Materials 18 Fevral 2026 12:02 (UTC +04:00)
Anasını öldürən şəxsə hökm oxundu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Anasını qətlə yetirməkdə təqsirləndirilən Murad Kazımzadənin cinayət işi üzrə sonuncu məhkəmə baş tutub.

Trend xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hadisə ötən il Astarada baş verib. Murad Kazımzadə aralarında yaranmış mübahisə zəminində anasını qətlə yetirib.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti